Ermənistanda üstünlük təşkil edən antirusiya tezisi ölkə üçün böyük təhlükə yaradır. Çünki istəsək də, istəməsək də, Rusiya bugünkü reallıqda mühüm rol oynayır.
Axar.az xəbər verir ki, bunu beynəlxalq siyasi məsləhətləşmələr üzrə erməni ekspert Ara Manuçaryan deyib.
“Bugünkü böhranlar içərisində ən böyüyü inamsızlıq böhranıdır və bu ciddi problemdir, heç kim heç kimə inanmır. İndi İrəvan Rusiyanı günahlandırır, sabah Fransanı günahlandıra bilər. Bundan sonra nə olacaq, kimi günahlandıracaq? Uğuru daim bir istiqamətdə hərəkət edən siyasi qüvvə əldə edir və Ermənistanın ziqzaq addımları həm daxildə, həm də xaricdə inam və hörməti gücləndirmir. Zelenskinin səfərinə gəlincə, onun İrəvana gələcəyinə əmin deyiləm. Belə getsə, Ermənistan daha böyük təhlükə ilə üz-üzə qalacaq. Ermənistan hakimiyyəti Zelenskinin təhlükəsizliyinə zəmanət verir, Putinin isə yox. Hakimiyyət Roma Əsasnaməsinin ratifikasiyası ilə bağlı Putinə zəmanət verməyə hazır olub-olmadığını belə dəqiqləşdirmir. Kreml sözçüsü bununla bağlı bir neçə dəfə İrəvandan aydınlıq tələb edib”, - o bildirib.
Paylaş: