Xəbər lenti

Ermənistanda “Mir” kartlarına xidmət göstərilməsinin dayandırılması bu ölkə hökumətinin Qərbin təzyiqlərinə tabe olmasından xəbər verir.

“Report” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinq zamanı deyib.

Onun sözlərinə görə, rəsmi İrəvanın bu addımı ölkə iqtisadiyyatına mənfi təsir göstərəcək: “İqtisadiyyat ciddi itkilərə məruz qalacaq, ölkə vətəndaşları ciddi narahatçılıqla üzləşəcək. Rusiyada işləyən ermənilərin vətənlərinə pul köçürməsi çətinləşəcək. Turistlər kartla ödəmə imkanını da itirəcək. Keçən il onların sayı milyonu ötüb. Bunun Ermənistan iqtisadiyyatına necə zərbə vuracağına dair başqa nümunələr də var. Təəssüf ki, bu addımın xərcləri Qərbin məhdudiyyətlərinin hipotetik zərərindən qat-qat çoxdur”.

Qeyd edək ki, “Armenian Card” (ArCa) milli ödəniş sisteminin üzvü olan Ermənistan bankları Rusiyanın “Mir” kartlarına xidmət göstərməyi dayandırıb.




Ana səhifəyə qayıt        Baxış: 4 597          Tarix: 3-04-2024, 15:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma