Xəbər lenti

Yunanıstanın baş naziri Kiriakos Mitsotakis Türkiyə-Yunanıstan münasibətləri, həmçinin mayın ortalarında Türkiyəyə səfəri və prezident Rəcəb Tayyib Ərdoğanla görüşü ilə bağlı açıqlamalar verib.

Musavat.com xəbər verir ki, Mitsotakis yunan xalqının əksəriyyətinin Türkiyə ilə problem istəmədiyini qeyd edib.

O qeyd edib ki, ölkəsi Türkiyə ilə davamlı gərginlik mühitində yaşamağı arzulamır:

"Türkiyə-Yunanıstan münasibətlərinin yumşaldılması istiqamətində mühüm irəliləyiş əldə olunub. Ramazan bayramında minlərlə türk turist Yunan adalarına gəlib. Türkiyəli turistlər artıq adalara vizasız (qapıda viza müraciəti ilə) gələ bilirlər və adaların sakinləri bu inkişafdan çox məmnundurlar".

Miçotakis Ankarada Ərdoğanla gözlənən görüşü ilə bağlı da danışb. O bildirib ki, əlaqələrimiz addım-addım yaxşılaşmasını istəyir.

Yunanların illərdir davam edən iddiasına toxunan Mitsotakis iki ölkə arasında yeganə fikir ayrılığının Egey və Şərqi Aralıq dənizində kontinental şelf və iqtisadi müstəsna zona sərhədlərinin müəyyən edilməsi olduğu iddiasına toxunub:

"Bizim dialoqdan qorxmaq üçün heç bir səbəbimiz yoxdur. Beynəlxalq hüquqa və dəniz hüququ qaydalarına riayət olunarsa, bu problem həll edilə bilər. Hələ bu nöqtədə deyilik, lakin bu problemin həllinə çatmaq üçün indiki sakit mühiti daha uzun müddət saxlamalıyıq".




Ana səhifəyə qayıt        Baxış: 3 370          Tarix: 13-04-2024, 23:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma