Xəbər lenti

Aprelin 22-də Moskvada Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında danışıqlar keçiriləcək.

Axar.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Rusiya-Azərbaycan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin gələcək inkişafının əsas məsələlərinin nəzərdən keçirilməsi, o cümlədən cari regional məsələlər üzrə hərtərəfli fikir mübadiləsinin aparılması planlaşdırılır”, - məlumatda qeyd olunub.

Bildirilib ki, Baykal-Amur Magistralının tikintisinin başlanmasının 50 illiyi münasibətilə Putin və Əliyev BAM veteranları və dəmir yolu sənayesi işçiləri ilə görüşəcəklər. Magistral yolun tikintisi ilə bağlı məsələlərə bilavasitə Ümumilli Lider Heydər Əliyevin rəhbərlik etdiyi vurğulanıb.




Ana səhifəyə qayıt        Baxış: 3 409          Tarix: 19-04-2024, 16:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma