Xəbər lenti

İyunun 3-də "Le Monde" qəzetində Yeni Kaledoniya böhranında Fransanın strategiyası haqqında məqalə dərc olunub.

Mayın 14-dən 15-nə keçən gecə orada etirazlar başlayıb, bundan sonra Fransa hökuməti adaya qoşun yeridib, fövqəladə vəziyyət elan edib və komendant saatı tətbiq edib.

Yerli Kanak əhalisi arasında qəzəb dalğasının səbəbi Yeni Kaledoniyaya köçmüş fransız sakinlərinə daha çox səsvermə hüququ verən konstitusiya islahatı olub.

Mayın 16-da ölkənin daxili işlər naziri Cerald Darmanin tərəfindən Azərbaycanın müstəqillik tərəfdarlarına dəstək verməsi ilə bağlı absurd ittiham səsləndirilib. Halbuki, baş verənlərin əsl səbəbi Parisin xarici ərazilərdəki uğursuz siyasəti və Fransanın öz təhlükəsizliyinin qayğısına qalmaq iqtidarından olmamasıdır.




Ana səhifəyə qayıt        Baxış: 3 899          Tarix: 5-06-2024, 22:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma