
Hindistan, Braziliya kimi ölkələr və onlarla birlikdə Afrika nümayəndələri çoxdan Təhlükəsizlik Şurasının daimi əsasda üzvü olmalıdırlar.
Axar.az xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Arqumenti i Faktı” nəşrinə müsahibəsində deyib.
Onun sözlərinə görə, BMT TŞ-də “dünya çoxluğunun təmsilçiliyini” təmin etmək lazımdır.
Qeyd edək ki, bazırda BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü var: Rusiya, ABŞ, Fransa, Böyük Britaniya və Çin. Buna qarşı ən ciddi tənqidlər səsləndirən isə Türkiyə Prezidenti Ərdoğandır. Onun “Dünya 5-dən daha böyükdür” sözləri artıq siyasi gündəmə çevrilib.
Buna baxmayaraq, lavrov Hindistanın, Braziliyanın, hətta Afrika ölkələri nümayəndələrinin BMT TŞ-nin daimi üzvü kimi adını çəksə də, 350 milyonluq türk millətinin təmsilçiliyini “unudub”.
Paylaş: