Xəbər lenti

Ermənistanda müzakirə olunan aktual mövzulardan biri də rəsmi İrəvanın Bakıda keçirilən COP29 sammitində iştirak edib-etməyəcəyi məsələsidir.

Musavat.com “Kavkazskiy uzel” saytına istinadən xəbər verir ki, politoloq Andrias Qukasyan buna qarşı olduğunu deyib.

Qukasyan bildirib ki, hazırda Azərbaycan və Ermənistan məhbuslardan kimin azad olunacağı ilə bağlı bazarlıq edirlər.

Revanşist politoloq Ermənistan rəhbərliyinin İrəvanda COP29 keçirməkdən imtina etməsini və Bakıda keçirilməsinə razılıq verməsini böyük səhv hesab etdiyini söyləyib. Konfransı məhbus problemi ilə əlaqələndirmək isə onun fikrincə, “qeyri-qanunidir, İrəvan üçün alçaldıcıdır və Ermənistan hakimiyyəti bəhanəyə yol verə bilməz”.

Yerli ekspert Naira Ayrumyan Ermənistan COP29-a ev sahibliyi etməkdən imtina edəndə məhbusların qaytarılması ilə bağlı razılaşma əldə olunduğunu iddia edib.

Onun fikrincə, separatçı qurumun “hərbi-siyasi rəhbərliyi” məsələsi tamamilə fərqli qərarlar, xüsusən də Bakının şərtləri ilə sülh müqaviləsinin imzalanması kontekstində həllini tapacaq. Ayrumyan Bakıda hansısa sənədin imzalanacağını da istisna etməyib.




Ana səhifəyə qayıt        Baxış: 3 145          Tarix: 5-11-2024, 18:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma