Prezident İlham Əliyev cəmi bircə ay öncə ABŞ-ın ünvanına sərt tənqidlər yağdırmışdı: ABŞ administrasiyasına Azərbaycana işi düşəndə - Əfqanıstana yük daşımalarda - ədalətsiz 907-ci düzəlişin tətbiqini dondurmasını xatırladaraq, məhz Əfqanıstandan qaçandan sonra yenidən sanksiyanın “donunu açmasına” görə qınamışdı.
ABŞ kimi dünya nəhənginin mövcud administrasiyasını “Əfqanıstandan qaçanlar” adlandırmışdı, eyni zamanda, onların ünvanına “nankor” sözünü işlətməsini “sözügedən kontekstdə istifadə edilə biləcək ən sərt söz olmadığını” vurğulamışdı.
Kifayət qədər sərt, açıq oyun idi – eynilə Heydər Əliyev kimi! 90-cı illərdə ABŞ seçkisi öncəsi Heydər Əliyev də seçkiyə qatılan Corc Buşun atası Corc Buşla qayıq gəzintisinə çıxmışdı.
O vaxt ABŞ-dakı seçki ərəfəsində Heydər Əliyevin bu addımından bəziləri necə “narahat” olmuşdularsa, İlham Əliyevin Bayden administrasiyasına qarşı məhz seçki öncəsi bu cür açıqlamasından da o cür əndişələnmişdilər.
Birdən Harris seçilsə, nə olacaqdı?
Təsadüfi deyil ki, dünyanın nəhəng media qurumları da İlham Əliyevin “açıq oynadığına” diqqət çəkirdi: son belə məqalə 4 noyabr 2024-cü ildə - ABŞ seçkisindən bircə gün əvvəl “Eurasianet”də tirajlanmışdı.
Aylardır Azərbaycan liderinin sülh sazişi ilə bağlı öz tələblərindən geri çəkilməyərək, ABŞ-dakı seçkiləri gözlədiyi və Trampın qələbəsi ilə Azərbaycan üçün daha sərfəli geosiyasi şəraitin yetişəcəyini hesabladığı haqda eyhamlar edirdilər. ABŞ və Ermənistan tələsdikcə, hətta yarımçıq sülhə inad etdikcə, İlham Əliyev “tam və bütöv sülh” mövqeyindən bir addım da geri çəkilmirdi, çəkilmədi!
Bu gün artıq bir çox beynəlxalq politoloq Azərbaycanın sülh müqaviləsi bağlamaq üçün daha üstün geosiyasi şərait əldə etdiklərini açıq şəkildə elan edirlər...
Hamı sülhə tələsirdi; hər kəs hətta “yarımçıq sülh də olsa, olsun” deyib, prosesin qapanmasını arzuladığını dilə gətirirdi.
Yalnız İlham Əliyevdən başqa. Çünki o son dərəcə yaxşı bilir ki, diplomatiyada bircə məsələ razılaşdırılmayıbsa, demək, heç nə razılaşdırılmayıb!
Yalnız İlham Əliyev nəyi nə vaxt və necə etmək lazım olduğunu çox gözəl bilir!
Bunu artıq dəfələrlə sübut edib!
Bu gün bir daha təsdiqlədi!
Paylaş: