Xəbər lenti

Qətər İsrail və HƏMAS arasında atəşkəs danışıqlarından geri çəkildiyi ilə bağlı iddiaları təsdiqləyib. 

Musavat.com-un “Sputnik Türkiye”yə istinadən verdiyi xəbərə görə, bu barədə Qətər Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasında qeyd olunub:

“Qətər dövləti 10 gün əvvəl son təşəbbüsdə tərəflərə məlumat vermişdi ki, əgər bu raundda razılıq əldə olunmasa, HƏMAS və İsrail arasında vasitəçilik səylərini dayandıracaq”.

Bəyanatda həmçinin Qətərin danışıqlara yenidən qoşulması üçün tələb olunan şərtə diqqət çəkilib:

"Tərəflər mülki əhalinin çəkdiyi əzablara son vermək üçün səmimi və qərarlı olduqlarını göstərdikdə, Qətər tərəfdaşları ilə birlikdə bu səyləri davam etdirəcək, müharibəni bitirmək və əsirləri geri qaytarmaq üçün ön sıralarda olacaq".

Eyni zamanda bildirilib ki, Qətərin Dohadakı HƏMAS ofisini bağlama qərarı ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir.




Ana səhifəyə qayıt        Baxış: 3 132          Tarix: 10-11-2024, 18:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma