Xəbər lenti

Açıq məlumatlara əsasən, Ukrayna müharibəsində həlak olan 103 275 rus əsgərin adını müəyyən etmək mümkün olub.

Axar.az xəbər verir ki, bu barədə BBC-nin rus xidmətinin “Mediazona” nəşri və könüllülər komandası ilə birgə araşdırmasının nəticəsində bildirilir.

Hesabata görə, 2025-ci ilin aprelinə qədər Ukrayna müharibəsində Rusiya ordusunun itkisinin sayı (yaralılarla birgə) 229 500 nəfərdir.

Donetsk və Luqansk bölmələrinin tərkibində Ukraynaya qarşı döyüşənlər siyahıya daxil edilərsə, Rusiya tərəfinin itkilərinin yekun rəqəmi xeyli artır.

Qeyd edək ki, bu, yalnız adları dəqiqləşdirilən şəxslərdir.




Ana səhifəyə qayıt        Baxış: 2 893          Tarix: 20-04-2025, 19:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma