
ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevin III Şuşa Qlobal Media Forumunda çıxışını sosial şəbəkə hesabında paylaşması Türkiyə mətbuatında geniş rezonans doğurub.
Oxu.Az xəbər verir ki, Türkiyənin aparıcı mətbuat qurumları D.Trampın paylaşımını başlığa çıxararaq, bu xəbəri ictimaiyyətə təqdiq ediblər.
Belə ki, "Anadolu" agentliyi, "Türkiyə" qəzeti, "Haber Global", "Akşam" qəzeti, "Kıbrıs Postası" kimi media qurumları D.Trampın paylaşımına geniş yer veriblər.
Xəbərlərdə Azərbaycan Prezidentinin ABŞ lideri Donald Trampın siyasi fəaliyyətini qiymətləndirməsi və D.Trampın bu mesaja biganə qalmaması xüsusilə vurğulanıb. Türkiyə mətbuatı sözügedən hadisəni beynəlxalq diplomatiya və media əlaqələri baxımından nümunə kimi qiymətləndirib.
Paylaş: