
"Hazırda ABŞ-də, eləcə də xaricdəki ABŞ səfirlikləri və konsulluqlarında planlaşdırılmış pasport və viza tranzit xidmətləri imkan daxilində, maliyyələşmənin dayandırıldığı müddətdə də davam etdiriləcək".
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin ölkələrində gözlənilən şatdaunla bağlı yaydığı bəyanatında bildirilir.
Qeyd olunur ki, maliyyələşmənin dayandırılması ilə əlaqədar olaraq, səfirliyin sosial media hesablarında tam fəaliyyət bərpa olunana qədər mütəmadi yenilənmələr aparılmayacaq:
"İstisna yalnız təxirəsalınmaz hallar və təhlükəsizliklə bağlı vacib məlumatlara aiddir".
"Sosial media hesablarımızda yenilənmələr yalnız tam fəaliyyət bərpa olunduqdan sonra davam etdiriləcək. Təxirəsalınmaz və təhlükəsizliklə bağlı məlumatlar istisnadır. Xidmətlərimiz və fəaliyyətimizin cari statusu ilə bağlı ən son məlumatlar üçün http://travel.state.gov saytına daxil olun", - bəyanatda deyilir.
Paylaş: