
Baltikyanı ölkələr yaxın gələcəkdə Fələstin dövlətini tanımaq niyyətində deyillər.
Oxu.Az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Latviyanın xarici işlər naziri Bayba Braje bildirib.
"Bizim üç ölkəmiz Fələstini tanımayan 36 dövlət arasındadır və biz mühüm dəyişikliklər baş verməsə, yaxın gələcəkdə bunu etmək niyyətində deyilik", - deyə nazir Varşava Təhlükəsizlik Forumu çərçivəsində vurğulayıb.
Bundan əvvəl BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında keçirilən konfransda Andorra, Belçika, Lüksemburq, Malta, San-Marino və Fransa Fələstini tanıdıqlarını bəyan ediblər. Bundan əlavə, sentyabrın 21-də Avstraliya, Böyük Britaniya, Kanada və Portuqaliya Fələstini tanıyıb. Onların bəyanatlarına görə, iki xalq üçün "iki dövlət prinsipi"nə sadiqlik həm fələstinlilər, həm də israillilər üçün sülh və təhlükəsizliyin açarıdır.
Paylaş: