Xəbər lenti

Budapeştdə Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında görüşə hazırlıq işlərinə başlanıb.

Oxu.Az xəbər verir ki, bunu Macarıstan Baş naziri Viktor Orban özünün "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Macarıstan baş naziri yazıb: "İndicə Trampla telefon danışığı apardım. ABŞ-Rusiya sülh sammitinə hazırlıq tam sürətlə gedir".

O bildirib ki, Macarıstan prezidentləri qəbul etməyə hazırdır.

Xatırladaq ki, bir gün əvvəl ABŞ və Rusiya liderləri arasında telefon danışığı olub. Tramp və Putin növbəti görüşü Budapeştdə keçirmək barədə razılaşıblar. Birləşmiş Ştatlar lideri bildirib ki, sammit iki həftə ərzində baş tutmalıdır.




Ana səhifəyə qayıt        Baxış: 2 767          Tarix: 17-10-2025, 17:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma