Xəbər lenti
Bu gün, 18:46
Bu gün, 11:23
Bu gün, 10:54
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
Ermənistanda Putinin yaddaşından şikayət edirlər. Ermənistanın məşhur saytı “Lragir.am” şikayətlənir ki, “iş bizə çatanda Putin detalları unudur”
Moderator.az yazını olduğu kimi təqdim edir:
“Vladimir Putin ABŞ-ın Ukraynaya silah göndərmək planlarına irad bildirəndə deyir ki, konflikt bölgəsinə silah göndərmək sülhə yox, gərginliyə xidmət edir. Bununla da Putin unudur ki, Rusiya həm Ermənistana, həm də Azərbaycana silah verir və bu heç də sülhə xidmət deyil.
Putin xüsusilə Ermənistana aid məsələlərdə unutqan olur. 2014-cü ildə, jurnalistlərin sualına cavab verən Rusiya prezidenti dedi ki, xaricdə Rusiyanın cəmi iki hərbi bazası var- Qırğızıstanda və Tacikistanda . Görünür, o, Ermənistandakı 102-ci bazanı unudub, ya da Ermənistanı xarici ölkə hesab etmir.
Moskvada Serj Sarkisyanı qəbul edəndə, Vladimir Putin iki ölkə arasındakı münasibəti “strateji tərəfdaşlıq kimi “dəyərləndirdi. Amma, Rusiya ilə Ermənistan, axı müttəfiqdirlər və bu barədə onlar 1997-ci ildə müqavilə bağlayıblar. Bir var strateji tərəfdaşlıq, bir də var strateji müttəfiqlik...
Bundan başqa, o dedi ki, KTMT təhlükəsizlik məsələlərinə cavabdehdir- “ sərhədlərimizdə sakitlik olması üçün” terrorizmlə, mütəşəkkil cinayətkarlıqla mübarizə aparır.
Putin unudur ki, Ermənistan-Rusiya müttəfiqlik müqaviləsində təhlükəsizlik komponenti var, amma bu cür təhlükəsizlik üçün hər iki tərəfin KTMT-nə ehtiyacı yoxdur, onların arasında öhdəlik müqaviləsi var.
Putin Ermənistanı hansısa əlamətdar günlərdə təbrik etməyi tez-tez unudur. Məsələn, 28 mayda o Azərbaycan Prezidenti İlham Əliyevi Respublikagünü münasibətilə təbrik edir. Amma, ermənistan prezidenti Serj Sərkisyanı Birinci respublika günü münasibətilə təbrik etməyi unudur.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar