Xəbər lenti
Bu gün, 12:41
Bu gün, 11:56
Bu gün, 09:42
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
23-11-2024, 23:16
23-11-2024, 21:43
23-11-2024, 20:29
23-11-2024, 19:31
"Bu gün torpağını satan, inanın, dünəndən arvadını, uşağını satıb, bunları asmaq lazımdır"
Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyevin müsahibəsini təqdim edirik:
- Sizcə, tənqid etdiyiniz məsələlərin həllini tapması üçün iqtidar və müxalifət arasında hansısa bir yeniliyə ehtiyac varmı?
- Yox! Mən inanmıram. Bu gün Azərbaycan cəmiyyətindəki siyasi proseslər buna imkan vermir. Azərbaycan müxalifətində də elə bir güc yoxdur ki, ortaya konkret mövqe qoysun, həmin mövqe əsasında hakimiyyətlə dialoqa girə bilsin. Hakimiyyət olmayan müxalifətin nəyi ilə dialoqa girsin?
Hakimiyyət o vaxt dialoqa gedir ki, çəkinir, müxalifətin arxasında güc olur, meydanlara yüz mini birdən çıxarmağı bacarır. Bax, bu, yoxdur, görünmür, olmayacaq da. Özünü ana müxalifət, dədə müxalifət, şura adlandıranlar müxalifətdir? Yox! Məni yandıran odur ki, mən də bu işin içindəyəm.
Mən açıq deyirəm ki, Cənab prezident mənim qardaşımdır. Mən onu müdafiə etməkdən ötrü həyatımı qoymuşam. Bəzən nazirlərin yanında oluram. Onlar da qəsdən arxa qapını açıq qoyurlar ki, orada oturan müxalifətçiləri Hafiz Hacıyev görsün. Mən oraya açıq gedirəm, amma onlar arxa qapıdan gəlirlər.
Hətta katibəyə deyirlər ki, ona bir çay qoy, onlar da bilirlər ki, Hafiz Hacıyevin dilinə-dişinə düşən getdi ömür boyu...
Katibə də çay verərkən qəsdən qapını açıq qoyur ki, mən orada oturan filan müxalifət partiyasının sədrini görüm. Daha bu belədirsə, elədiklərini mənə göstərirlərsə, elə açıq görüşsünlər də. Bunların hamısı elədir, bunlar hamısı gecələr bir-birinin bağındadırlar. Arif Hacıyev necə müxalifət ola bilər ki, o, türmədə oturanda "qarantiya" alaraq onu çölə buraxdılar.
Binəqədinin icra başçısı ona Novxanı tərəfdə bağ evi gözəl tikdirdi.Yüksək səviyyəli, altında maşını, şəhərin mərkəzində xüsüsi liftlə qalxan altıncı mərtəbədə dörd otaq evi də var. Bu müxalifətdir? Buna deyirlər it kimi... İtlər olur e, yalandan hürür. O birisi də görür bu onun ayağından yapışacaq, yalandan hürür nə xatirinəsə. Bunlar həmin adamlardır. Bunlar budur...
- Hafiz müəllim, yəni Milli Şuranın sağlam olmadığı göz qabağındadır. Siz də ölkə başçısını şüurlu, sağlam şəkildə müdafiə edirsiniz, bir tərəfdən də Milli Şura deyir ki, Hafiz Hacıyev hökümətin adamıdır.
- Təbii, bəli, həmin insanlara mən dəfələrlə demişəm, mesajımı da çatdırmışam. Mən bildiyim halda ki, Həsənov Cəmil hakimiyyətin içində ən yuxarıda sözü keçən adamla axşama kimi onun diktəsi ilə oturub durur, mən necə gedim başımı onun çiyninə qoyum?
Siz görmüsünüzmü Kərimov Əli prezidentdən başqa ikinci bir adamın adını çəkə? Eşitmisinizmi? Yox! Axı, onları öyrədib mənim qardaşımın üstünə qısqırdan adamlar var. Axı, o adamlara mən necə səmimi münasibət göstərim?
Bilirsinizmi, Hafiz Hacıyev hökümətin adamı deyil, Hafiz Hacıyev dövlətə xidmət eyləyir. Hələ bu bədbəxtlər bilmir ki, dövlət nədir, hökümət nədir.
Dövlətin də bir atributu var, o da Prezidentdir. Mənim düşündüyüm odur ki,xalq prezidentlə bir olmalıdır.Onlar isə Hafiz Hacıyevə böhtan atmaqdan ötrü hər şey danışırlar.
Mən nazir də olmuşam. Əlli beş ton qara kürü verdim dövlətə. Bir manat rüşvət üstündə məni tutmadılar. Məni bir dəfə Elçibəyə görə,167-ci maddənin ikinci hissəsinə əsasən həbs etdilər. Bu ittihamla ki, Əhməd Yurddaşa, yəni Turqut Özalın kürəkəninə 650 kq qara kürünü, Amerikaya satdığımdan 10 dollar ucuzuna Türkiyəyə satmışam. Mən də dedim, ay bədbəxt Rasim, (alkaşın biri idi, arvadını da boşadı, məhkəmənin sədri idi) sən "alkaşın" birisən, sənin burada Ali Məhkəmənin restoranında "Marlboro" siqaretinin biri 4 manatdır, topdan satışda 3 manatdır, sən hələ dünya qanunlarını bilmirsən.
Mən ölənə qədər qardaşımı (cənab Prezidenti red.) müdafiə edəcəm. Bu mənim bir üzümdür, ikinci üzüm yoxdur, kimlərsə gizli danışırsa, mən açıq danışıram.
- Siz ixtisasca bioloqsunuz. Bu sahədə də boşluqların olduğu danılmazdır. İslahatlara da ehtiyac var. Fikirləriniz maraqlıdır.
- Son günlər Cənab Prezident qərb bölgəsinə səfəri zamanı Yevlaxda bu sahəyə toxundu. Məsələn, biologiya sahəsinə aid bir epizodu deyim. Cənab prezident Varvara gölünə, balıq artırmaya baxmağa getdi. Orada cənab prezident də dedi ki, balıq sənayesini inkişaf etdirmək lazımdır.
Mən həmişə demişəm, Azərbaycanda biologiya sahəsində bizim təbii resurslarımız o qədər böyükdür ki, Azərbaycanı balıqla, dənizlə, su hövzələri ilə saxlamağa imkanımız var, neftsiz. Hafiz Hacıyev nazir olanda 55 ton qara kürünü dünya bazarına çıxartdı.
Bu, rəsmən Milli Bankın hesabına gəlib oturan pullar, bir də statistik rəqəmlərdir.
Allah rəhmət eləsin, rəhmətlik Heydər Əliyev, dədəmiz də Milli Məclisdə soruşdu ki, necə olur ki, Hafiz Hacıyev bu qədər qara kürünü verdi. İndi o qara kürü yoxdur ki?
Bu gün isə o pullar xüsusi ciblərə gedir. Xüsusi adamların vətəgələri var. Ümumiyyətlə, biologiya sahəsində də geriliklər var...
Gəlin belə səmimi danışaq, o vaxt Lənkəranda 8 ton qurbağa istehsal eləyib Fransaya satdıq. Biz bununla ölkəyə böyük pullar gətirdik. Yəni bu gün Azərbaycanın imkanı var ki, öz daxili potensilalı ilə balıq- balıqçılıq məhsullarının təlabatını ödəməklə ölkəyə xaricdən böyük valyutalar gətirsin.
- Hafiz müəllim, sizin çıxışlarınıza kim və necə reaksiya verir?
- Mən həqiqəti deyirəm, kim də öldürmək istəyir, gəlsin öldürsün.Qanım onlara halaldır.Mən dilimi kəsməyəcəm, xalqımın yanında olacağam. Kim nə qədər böhtan atır qoy atsın, Allah var, göydən baxır. Bunları da unutmaq lazım deyil. Hafiz Hacıyev öz sözünü hələ tam deməyib, amma deyəcək...
- Dağlıq Qarabağ, Qərbi Azərbaycan, Dərbənd, Güney Azərbaycanla bağlı təklif paketləri hazırlamaq fikriniz varmı?
- Dağlıq Qarabağdan başlayaq. Məni bəzən yerlipərəst adlandırırlar, tez-tez Qərbi Azərbaycanla bağlı danışdığıma görə. Beş milyon Qərbi Azərbaycanlı var, müxtəlif vaxtlarda deportasiyadan əziyyət çəkənlər.
Biz buna nail olmaqdan ötrü, dəfələrlə "Qərbi Azərbaycan Mühacir Hökümətini" yaratdıq. Bizim partiyanın daxilində Qərbi Azərbaycanlılarla Əlaqələndirmə Şurası fəaliyyət göstərir.Biz bunların hamısını edirik və bütün mətbuata da açıqlamalar veririk. Məndən xarici mətbuat da, Rusiya mətbuatı da müsahibələr götürür. Müsahibələrimdə də vurğulayıram ki, Ermənistan adında dövlət olmayıb Ora Azərbaycan torpaqları olub.
Bu gün Ermənistan adlandırılan ərazidə bütün tarixi abidələrin, bölgələrin, rayon və kəndlərin, hamısının adı türkcədir. Orada olan milli-mənəvi varlıqlarımız bu gün düşmən tərəfindən məhv edilir.
Ustad aşıqlarımızın, şairlərimizin, ziyalılarımızın qəbirləri dağıdılır, qəbristanlıqlar məhv edilir. İrəvan xanlığına aid ərazilər, tarixi abidələr demək olar ki, yerlə-yeksan edilib.Bizim hazır konsepsiyamız var.
Hazırda, biz oraya qayıtmaqdan ötrü çox böyük işlər görə bilərik. Amma bizim bu günki qədim Azərbaycan torpaqlarımızda Ermənistan yaratdılar.
Bundan başqa, Dağlıq Qarabağ ətrafında neçə rayonumuz işğal olundu. Mən həmişə demişəm, Dağlıq Qarabağın azadlığı Təbrizdən, Qərbi Azərbaycandan keçir. Bzim Dağlıq Qarabağa, qərbi Azərbaycana qayıtmağımız birliyimizdən, qeyrətdən, namusdan, azad demokratiyadan, dünyada özümüzü tanıtmağımızdan keçir.
Biz bunlara nail olmayınca nə Dağlıq Qarabağ məsələsini həll eyləyəcəyik, nə də indiki Xarici İşlər Nazirimiz Elmar Məmmədyarovla (Azərbaycan dilini bilmir) Dağlıq Qarabağı ala biləyəcəyik...
- On dörd yaşlı yeniyetmə bahalı avtomobili ilə qəza törətdi və iki uşaq anası dünyasını dəyişdi. Sizin buna reaksiyanızı bilmək istərdik.
- Deyilənə görə, həmin uşaq bir icra başçısının qardaşı oğludur. Düzdür, özü bunu təkzib edir, amma hüquq mühafizə orqanları bildirir ki, qardaşı oğludur.
Bu biabırçılıqdır. Əvvala, o uşağa avtomobili alıb verən cinayətə cəlb olunmalıdır. Yol polisləri hara baxırdı, onu sənədsiz avtomobil idarə edəndə küçələrdə görüb niyə saxlamayıblar?
Bildiyimə görə, dünyasını dəyişən iki uşaq anası idi. Gürcüstanda yaşayan azərbaycanlılardandır. O uşağın atasının, əmisinin gözünü pul o qədər örtüb ki, gözləri heç nə görmür. Hətta oğullarını törətdiyi cinayətdən yayındırmağı da bacardılar. Bəs vicdanları sızlamırmı, Allahdan qorxmurlarmı? Allah qarşısında cavab vermək var, axı.
Belə olanda millətdə bir ruh düşkünlüyü yaranır. Fikirləşirlər ki, biz neynəyə bilərik, bax, filankəs bir şəhəri, rayonu təmizcənə alıbdır. Məmur təbəqəsinin çoxu harınlaşb, bunların gözləri ayaqlarının altını görmür. Ona görə də, çox çətindir. Biz siyasilər də millətin dərdini çəkib qocala-qocala ölüb gedirik. Bax, budur vəziyyət...
- Vətənə xainlik edənlər haqqında da yəqin bilgiləriniz var.
- Bu yaxınlarda Tərtər rayonunda hərbi sirr barədə həbslər oldu. O nə biabırçılıq idi, adamın ürəyi ağrıyır. Onlara zabit deməyə də dilim gəlmir. Bu gün torpağını satan, inanın, dünəndən arvadını, uşağını satıb. Bunları asmaq lazımdır.
Ən ağır cəza nədirsə, o tətbiq olunmalıdır. Keçən il aprel ayında nə qədər igid oğlanlarımız şəhid oldu. O şərəfsizlər döyüş yoldaşlarının qanının davasını eləməkdənsə, düşmənə məlumat ötürürlər. Yenə deyirəm onları asmaq lazımdır...(analoq.az)
(Ardı var)
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar