Xəbər lenti

 

Soyuq havalar yavaş-yavaş özünü hiss etdirməyə başladı. Bununla yanaşı burun axması, baş ağrısı, boğaz ağrısı və öskürək kimi bir çox soyuqdəymə əlamətləri də soyuq havalarla yanaşı gəldi. Soyuqdəymə fərqli virusların səbəb olduğu bir infeksiya növüdür. Çox ağırlaşmadığı müddətdə evdə təbii üsullarla müalicə oluna bilər. 

Soyuqdəyməyə qarşı 4 təbii üsul:

1. Sarımsaq
Sarımsağın antibakterial xüsusiyyəti var. Ağciyər, qaraciyər və ürəyi gücləndirir. Mədə və bağırsağı dezinfeksiya edərək, zərərli bakteriyaları yox edir. Nəfəs borusu problemlərinə və soyuqdəymənin əlamətlərini aradan qaldırmağa kömək edir. 

2. Zəncəfil
Soyuqdəymə və qripin müalicəsində istifadə olunan ən təsirli bitkidir. Təbii ağrıkəsicidir. İstifadə edəcəyiniz zəncəfil və ya zəncəfil çayı soyuqdəymənin əlamətlərinin aradan qalxmasına kömək edir.  

3. Bal
Bal soyuqdəyməyə səbəb olan bakteriya və virusları öldürür, boğaz ağrısını aradan qaldırır.

4. Darçın
Darçınn boğaz ağrısı və boğaz quruluğuna faydası var. Daha təsirli olması üçün balnan bir yerdə də istifadə edilməsi məsləhət görülür. \\hekimtap.az




Ana səhifəyə qayıt        Baxış: 700          Tarix: 12-10-2018, 22:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma