Xəbər lenti

 

Türkiyənin Batman şəhərində yaşayan Fatma Çelik, 2011 ci ildə leykoz (qan xərçəngi) xəstəliyinə tutulub.
Dicle Dövlət Xəstəxanasında 7 ay kimyaterapiya olunan Fatma Çelik, xərçəngə qalib gələ bilib.
2015-ci ildə 4- cü uşağına 6 aylıq hamilə olarkən xərçəng hüceyrələri yenidən aktivləşib.
Həkimlər Fatma Çeliyə kimyaterapiya olunacağını və bu səbəblə uşağın tələf edilməsinin vacibliyini izah ediblər. Lakin Fatma Çelik uşağı dünyaya gətirmək istədiyini bildirərək, kimyaterapiya olunmaqdan imtina edir.

Bundan sonra onu Dos. Dr. Mehmet Sinan konsultasiya edib. Konsultasiyadan alınan yekun nəticə isə əvvəlki qərarla eyni olub.

Buna baxmayaraq Dos. Dr. Mehmet Sinan hamiləlikdən 3 ay keçdiyi üçün hamiləliyə uyğun və körpəyə ziyan gəlməyəcək şəkildə kimyaterapiya müalicəsinə başlayıb. Hamiləlik dönəmində 2 seans kimyaterapiya alan Fatma Çelik 8-ci ayda qeysəriyyə əməliyyatı ilə qızını sağlam şəkildə dünyaya gətirib.

Uşaq doğulduqdan sonra qadın xərçənglə mübarizəyə var gücü ilə davam edib.
 



Ana səhifəyə qayıt        Baxış: 558          Tarix: 14-10-2019, 17:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma