Xəbər lenti
Bu gün, 15:52

 

Pasteur İnstitutu”nun fransız alimləri “GDF11” zülalının qocalmağa qarşı mübarizə apardığını və bədəni xərçəngdən qoruduğunu təsbit ediblər.

“Report” RİA Novosti-yə istinadən xəbər verir ki, onların araşdırmalarının nəticələri MedicalXpress portalında dərc olunub.

Alimlər siçanlar üzərində bir neçə təcrübə aparıblar. Mütəxəssislər, “GDF11”in ürək xəstəliyi və xərçəngin qarşısının almasında təsirli olduğunu, pəhriz təsiri göstərdiyini müəyyən ediblər. Bundan əlavə, protein inyeksiyaları qoca gəmiricilərin beynindəki qan damarlarının bərpasına və neyrogenezin artmasına səbəb olub.

“Bu məlumatlar “GDF11”-in piylənmə və neyrodejenerativ xəstəliklər kimi bəzi metabolik xəstəliklərin müalicəsində istifadəsi fikrini təşviq edir və dəstəkləyir”deyə, professor Pyer-Mari Ledo bildirib. .




Ana səhifəyə qayıt        Baxış: 304          Tarix: 24-10-2019, 09:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma