Xəbər lenti


Avstraliyanın Qarri Perkins Tibbi Araşdırmalar İnstitutunun alimləri aşkar ediblər ki, bal arısı zəhərindəki bir maddə döş xərçənginə qarşı son dərəcə güclü vasitə kimi istifadə edilə bilər.

Live24.ru saytı xəbər verir ki, kəşfin müəllifləri son bir neçə ildir arı zəhərinin terapevtik potensialını araşdıran Siara Daffinin rəhbərlik etdiyi tədqiqatçılar qrupudur.

Komanda arı zəhərinin müəyyən bir konsentrasiyasından xərçəng hüceyrələrinin yüz faizinin ölümünə səbəb olmaq üçün istifadə edilə biləcəyini, sağlam hüceyrələrin isə zərərsiz qaldığını aşkar edib. S.Daffinin sözlərinə görə, bal arısı zəhərinin tərkibindəki  melittin maddəsi xərçəng hüceyrələrinin membranlarını 60 dəqiqə ərzində tamamilə məhv edir.

Alimlər 20 dəqiqə ərzində bu maddənin xərçəng hüceyrələrinin böyüməsi və çoxalması üçün istifadə etdiyi bəzi əsas siqnal yollarını blokladığını aşkar edib.

Melittinin bu reseptorların fəaliyyətinə maneə törətməklə əsas kimyəvi mesajları bağlamaq qabiliyyəti tədqiqat işinin əsasını təşkil edib.

İşin müəllifləri tədqiqatların yeni başladığını, lakin bal arısı zəhərinin döş xərçəngini müalicə etmək üçün istifadə perspektivlərinin ümidverici olduğunu vurğulayıblar.



Ana səhifəyə qayıt        Baxış: 3 793          Tarix: 4-09-2020, 14:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma