Texas Universiteti (ABŞ) alimləri aşkar ediblər ki, sarıkök, qırmızı üzüm və alma kişiləri prostat vəzi xərçəngindən qoruyur.
Bu məhsulların tərkibində olan bəzi bioloji aktiv maddələr xərçəng hüceyrələrinin inkişafının qarşısını alır, onların məhv olmasını sürətləndirir.
The Daily Mail xəbər verir ki, araşdırmalar zamanı alimlər xərçəng hüceyrələrinə müxtəlif maddələrlə təsir edirdi. Nəticədə məlum olub ki, sarıkökün tərbində olan kurkumin, alma qabığında olan ursol turşusu və qarmızı üzümün tərkibində olan resveratrol maddələri xərçəng hüceyrələri ilə digər maddələrlə müqayisədə dafa effektli şəkildə mübarizə edir.
Xəstə siçanlar üzərində aparılmış eksperiment göstərib ki, bu 3 komponent xərçəng şişinin ölçüsünü xeyli kiçildir. /Saglamolun.Az/
Paylaş: