Xəbər lenti

 

Ermənistan Azərbaycanın işğal altında saxladığı torplaqlarında genişmiqyaslı hərbi təlimlər keçirib.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, düşmən ölkənin hərbi-siyasi rəhbərliyi sentyabrın 24-dən oktyabrın 5-nə qədər davam edəcək təlimlər zamanı Qarabağdakı qoşunların döyüş hazırlığını yoxlayıb.

İşğalçı ordunun tank batalyonları və 10 minlik hərbi kontingenti təlimlərə cəlb edilib.

Hərbi təlimlərin planına uyğun olaraq, döyüş birlikləri gündüz və gecə saatlarında öz dislokasiya yerlərini dəyişərək şərti dəyişmiş döyüş şəraitinə uyğun yeni mövqelər tutub. Bu zaman hücum və əks-hücum üçün real şəraitə maksimum yaxınlaşdırılmış şəraitdə döyüş atışları həyata keçirilib.




Ana səhifəyə qayıt        Baxış: 487          Tarix: 30-09-2019, 15:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma