Xəbər lenti

 



Ermənistanda keçirilən parlament seçkilərində kuryoz olay yaşanıb.

Ermənistan prezidenti Serj Sərkisyan və Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan səs verən zaman seçki məntəqələrində barmaq izinin tanınması üçün nəzərdə tutulan aparat onların heç birinin barmaq izini tanımayıb.
Qvqat.com APA-ya istinadən xəbər verir ki, bu məlumatı “RİA Novosti” yayıb.
S. Sərkisyan 10 barmağının hamısını aparata yaxınlaşdırsa da, bunun bir nəticəsi olmayıb. Prosesin çox uzandığını görən rusiyalı jurnalistlərdən biri bunun nə qədər davam edəcəyini soruşub. S. Sərkisyan isə bu məsələnin onun səlahiyyətinə daxil olmadığını bildirib. Nəhayət, S. Sərkisyan seçki komissiyasına pasportunu təqdim edib, talon alaraq səs verib.
L. Ter-Petrosyan da anoloji durumla üzləşib. Çətinliklə səs verən Ermənistanın ilk prezidenti seçki məntəqələrindəki vəziyyəti kolxoz işinə bənzədib.
 

 


Ana səhifəyə qayıt        Baxış: 1 154          Tarix: 2-04-2017, 14:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma