Xəbər lenti

Tramp Putinlə mümkün görüşündən danışdı

ABŞ prezidenti Donald Tramp Asiya-Sakit okeanı regionuna səfəri zamanı Rusiya prezidenti Vladimir Putinlə görüş keçirə bilər.

Publika.az SİTA agentliyinə istinadən xəbər verir ki, bu haqda Ağ Evin sahibi “Foks Nyus” telekanalına bildirib.

“Bizim Putinlə görüşümüz ola bilər. Yenə deyəcəyəm, Putin çox əhəmiyyətlidir. Çünki Rusiya bizə Şimali Koreya böhranı ilə bağlı kömək edə bilər”, - ABŞ prezidenti deyib.

Tramp həmçinin bildirib ki, Rusiya Suriya probleminin həllində ABŞ-a kömək edə bilər.

“Biz Ukrayna haqqında da danışmalıyıq”, - ABŞ prezidenti əlavə edib.

Qeyd edək ki, Tramp 5-14 noyabr tarixlərində Asiya turnesinə çıxacaq. Ağ Evin başçısı turnes çərçivəsində Yaponiya, Cənubi Koreya, Çin, Vyetnam və Filippində olacaq, həmçinin noyabrın 10-da Vyetnamda keçiriləcək Asiya-Sakit okean iqtisadi əməkdaşlıq sammitində (ATES) sammitində və 12-13 noyabrda Filippində Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ACEAN) sammitində iştirak edəcək.

Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, ATES sammitində Vladimir Putinin ikitərəfli görüşləri hələlik planlaşdırılmayıb.




Ana səhifəyə qayıt        Baxış: 473          Tarix: 3-11-2017, 16:33      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent