Xəbər lenti

Somalinin paytaxtı Moqadişoda minalanmış avtomobilin partladılması nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb.

Ovqat.com bilidirir ki, APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 20-dən çox insan yaralanıb.

Hücumun terrorçu-kamikadze tərəfindən törədildiyi təsdiqlənib. Terror aktına görə məsuliyyəti “Əş-Şəbab” terror qruplaşması öz üzərinə götürüb

***

21:05

Somalinin paytaxtı Moqadişoda minalanmış avtomobilin partladılması nəticəsində azı 6 nəfər ölüb, 12 nəfər yaralanıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə şəhərin mərkəzində, italyan kafesinin qarşısında baş verib.

Partlayışa görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.

Qeyd edək ki, ötən gün Somalinin cənubunda “Əş-Şəbab” terror qruplaşmasının liderlərindən biri Abdi Badip məhv edilib. Qruplaşma ölkənin hakimiyyət orqanlarına qarşı silahlı mübarizə aparır.




Ana səhifəyə qayıt        Baxış: 1 071          Tarix: 9-05-2017, 11:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma