Xəbər lenti
 
ABŞ-ın Kaliforniya ştatında baş vermiş silahlı insident nəticəsində 9 yeniyetmə yaralanıb.
 APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, insident Valyexo şəhərində fərdi evdə təşkil olunmuş əyləncə gecəsində baş verib.
 Naməlum silahlılar avtomobildən yeniyetmələrə atəş açaraq hadisə yerindən qaçıblar. Yaralılar xəstəxanaya yerləşdirilib. Onların həyatına təhlükə olmadığı bildirilir.
 Polis cinayətkarların saxlanılması üçün əməliyyat-axtarış tədbirləri aparır.



Ana səhifəyə qayıt        Baxış: 1 037          Tarix: 17-04-2017, 08:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma