Xəbər lenti

Bu gün Yunanıstan xəbərsiz və dəniz əlqəsi olmadan qalıb.
Ovqat.com "Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, buna səbəb yeni iqtisadi qanunlarla əlaqədar dövlət və özəl KİV-i təmsil edən jurnalistlərin 24 saatlıq, dənizçilərin isə 48 saatlıq etiraz tətili keçirməsidir.

Bundan başqa, metropoliten işçilərinin və avtobus sürücülərinin də tətil etməsi səbəbindən Afina beynəlxalq hava limanına getmək çətin olacaq.

KİV-də tətil mayın 16-da səhər saat 6-dan başlayıb. Gecəyarısından isə yunan dənizçilər etiraz edirlər. Onlar kreditorların tələbi ilə parlamentdə müzakirəyə çıxarılacaq yeni iqtisadi qanunlara etiraz edirlər.

Qeyd edək ki, mayın 18-də Yunanıstan parlamenti özündə 2019-cu ildən pensiya və əmək haqqının növbəti dəfə azaldılmasını və vergi dərəclərinin artırılmasını, sosial müavinətlərin kəsilməsini, kütləvi işdən azadetməni ehtiva edən, eləcə də enerji sektorunda islahatları, 2018-2021-ci illər üzrə ortamüddətli maliyyə strategiyasını müəyyən edən qanun layihəsini nəzərdən keçirəcək. 

 




Ana səhifəyə qayıt        Baxış: 903          Tarix: 16-05-2017, 11:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma