Xəbər lenti
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
20-11-2024, 23:00
20-11-2024, 21:41
20-11-2024, 18:40
20-11-2024, 17:11
20-11-2024, 16:41
20-11-2024, 15:36
20-11-2024, 14:19
20-11-2024, 13:48
Dünən “Milli Vergi Günü" münasibətilə ABŞ-ın 150 şəhərində etiraz nümayişləri və yürüşlər keçirilib.
Ovqat.com xəbər verir ki, etiraz aksiyalarının ən böyüyü Çikaqoda baş tutub.
Aksiya şəhərin məşhur Daley meydanında başlayıb. Meydanı dolduran minlərlə amerikalı, daşıdıqları plakatlar və atdıqları şüarlarla ABŞ-dakı vergi sisteminə və Prezident Donald Trampin iqtisadi siyasətinə etiraz ediblər. Nümayişçilər polisin sıx nəzarəti altında “Trump Tower” binasına qədər yürüyüblər.
Nyu-Yorkdakı etiraz aksiyası isə “Bryant Park”da keçirilib. Nümayişçilər ABŞ prezidenti Trampdan vergi bəyannaməsini açıqlamasını tələb ediblər.
Qeyd edək ki, ABŞ-da prezidentliyə namizədlərin seçkilərdən əvvəl vergi bəyannamələrini ictimaiyyətlə bölüşməsi qanuni bir zərurətdir. Buna baxmayaraq 1976-ci ildən bu yana heç bir namizəd həmin qanuni tələbi yerinə yetirməyib. Onlar arasında Trampın xüsusilə diqqət çəkməsi isə səbəbsiz deyil. Tramp ABŞ-da hakimiyyətə gələn ilk milyarder iş adamı kimi tanınır və vergilərdən yayınmaq ehtimalı daha yüksəkdir. Odur ki, yeni prezidentin vergi bəyannaməsini açıqlaması üçün prezident kreslosuna oturduğundan bu yana 1 milyondan çox amerikalı elektron ərizəyə imza atıb.
Dünənki “Milli Vergi Günü” aksiyasının ən diqqəti cəlb edən hadisəsi Kaliforniya əyalətinin Berkeli şəhərində yaşanıb. Aksiyada Tramp tərəfdarları və əleyhdarları arasında dava düşüb. Bu dava-qalmaqallı aksiya 2011-ci illərin “ərəb baharlarını” xatırladıb.
Berkelidə yaşanan insidentlə əlaqədar 4 nəfərin saxlanıldığı xəbər verilir.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar