Xəbər lenti

  Türkiyə prezidenti ABŞ-ı Yaxın Şərq regionunda əməkdaşlığa çağırıb və bunun bütün dünya üçün çox əhəmiyyətli olduğunu vurğulayıb
 Ovqat.com Sputnik-ə istinadən xəbər veri ki, ABŞ lideri Donald Tramp PKK və İŞİD kimi terror qrupları ilə mübarizədə ölkəsinin Türkiyəni dəstəklədiyini bildirib. Tramp Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Vaşinqtonda keçirdiyi görüşdən sonra birgə mətbuat konfransında bəyan edib. “Bu gün biz yeni düşmənlə üzləşmişik və birlikdə onunla mübarizə aparmalıyıq. Son vaxtlar bir çox terror hücumları ilə üzləşmişik. Biz birlikdəyik və Türkiyə xalqına dəstəyimizi təklif edirik. Biz terrorla mübarizədə öndə gedən, İŞİD və PKK kimi terror qruplaşmaları ilə mübarizə aparan Türkiyəni dəstəkləyirik” — Tramp bildirib. Öz növbəsində Türkiyə prezidenti ABŞ-ı Yaxın Şərq regionunda əməkdaşlığa çağırıb və bunun bütün dünya üçün çox əhəmiyyətli olduğunu vurğulayıb. Ərdoğan Ankaranın Vaşinqtonla əlaqələri daha da genişləndirmək niyyətində olduğunu bildirib.





Ana səhifəyə qayıt        Baxış: 1 004          Tarix: 16-05-2017, 22:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma