Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Hindistan səfəri davam edir. O, bu ölkənin baş naziri Narendra Modi ilə birgə mətbuat konfransı keçirib.
Ovqat.com Sputnik-ə istinadən xəbər verir ki, Ərdoğan hindistanlı həmkarından Fətullah Gülən şəbəkəsini tamamilə ölkəsindən çıxarmasını istəyib.
"Bir həftə öncə Hindistanda baş vermiş mənfur terror hücumunu lənətləyirəm. Hadisədə zərər çəkənlərə başsağlığı diləyirəm. Türkiyə terrorla mübarizədə Hindistanla tam bir əməkdaşlıq içindədir. Mən hindli həmkarıma FETÖ haqqında da ətraflı məlumat verdim. Bu qaranlıq təşkilat dünyanın ən təhlükəli qurumlarındandır. FETÖ ilə 15 iyuldan bu yana güzəştə getmədən mübarizə aparırıq. Dostlarımıza bu təşkilat haqqında məlumat verib onları xəbərdar edirik. Dost Hindistanın FETÖ-nü tamamilə ölkəsindən çıxaracağına ümid edirəm" — Ərdoğan qeyd edib.
Paylaş: