Xəbər lenti

 İraqın paytaxtı Bağdadda ardıcıl iki partlayış törədilib. Partlayışlar nəticəsində azı 11 nəfər ölüb, 20 nəfər yaralanıb.

Azərtac RİA Novosti agentliyinə istinadla bildirir ki, hadisə iki avtomobilə quraşdırılmış bombanın partlaması nəticəsində baş verib. Ölənlərdən 4-ü polis zabitidir.

Terror aktlarına görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.




Ana səhifəyə qayıt        Baxış: 916          Tarix: 20-05-2017, 10:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma