Xəbər lenti

 Taliban hərəkatının silahlıları Əfqanıstanın cənubunda nəzarət-buraxılış məntəqələrinə silsilə hücumlar təşkil edərək 20 polis işçisini qətlə yetiriblər.

Axar.az xəbər verir ki, hücumlar nəticəsində hüquq-mühafizə orqanlarının azı 15 əməkdaşı da yaralanıb.

“Bu səhər Taliban döyüşçülərinin ağır və yüngül silahlarla silahlanmış bir qrupu Zabul vilayətində bir neçə polis nəzarət-buraxılış məntəqəsinə koordinasiya olunmuş hücum həyata keçirib, 20 polis işçisi həlak olub”, - deyə vilayətin qubernatoru Əfqanmal bildirib.

Son vaxtlar Əfqanıstanda vəziyyət pisləşməkdə davam edir. Bir sıra kənd rayonlarında xeyli əraziləri ələ keçirən taliblər böyük şəhərlər istiqamətində hücumları genişləndirirlər. Ölkə ərazisində, həmçinin İŞİD terror qruplaşmasının da təsir dairəsi artır.




Ana səhifəyə qayıt        Baxış: 988          Tarix: 21-05-2017, 17:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma