Xəbər lenti

  Əfqanıstanın cənubunda “Taliban” silahlılarının olduğu avtomobil partlayıb.

 Ovqat.com APA-ya istinadən xəbər verir ki, bu barədə “Khaama Press” agentliyi Əfqanıstan Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

 Şənbə günü “Taliban” silahlılarının avtomobili Qəndəhar vilayətində əldəqayırma partlayıcı qurğunun işə düşməsi nəticəsində partlayıb. Nəticədə 10 silahlı ölüb, 7 silahlı isə yaralanıb.

 Qeyd edək ki, “Taliban” tez-tez belə qurğulardan hökumət qüvvələrinin əleyhinə silah kimi istifadə edir. 




Ana səhifəyə qayıt        Baxış: 876          Tarix: 14-05-2017, 17:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma