Xəbər lenti

Moderator.az Suriya Dövlət Televiziyasına istinadən  məlumat verir ki,  İŞİD-ın 'müdafiə naziri' olaraq bilinən Əbu Musab Əl Masri Hələbin şərqində aparılan əməliyyatlarda öldürülüb.
Beləliklə, Suriya və İraqda addım-addım məğlubiyyətə yaxınlaşan terror təşkilatına, daha bir zərbə vuruldu.
Suriya rəsmi televiziyası, Ordu birliklərinin Hələbin şərqində təşkil etdiyi əməliyyatda İŞİD-in Müdafiə Naziri Əbu Musab Əl Masrinin öldürüldüyünü elan etdi.
İraqın ən böyük ikinci şəhəri Musulu yaxın günlər ərzində tərk etməsi gözlənilən terror təşkilatı, artıq yalnız Suriyadakı qalası Rəkkaya sığınacaq.
Mosul, İŞİD terror təşkilatının əlində olan ən böyük şəhərdir. Hazırda Mosulla birlikdə, Rakka da mühasirədədir.
Təşkilatın qərbdəki ən böyük mərkəzi Əl Bab isə, Fırat Qalxanı hərəkatı ilə 23 Fevral tarixində geri alınıb.

 




Ana səhifəyə qayıt        Baxış: 896          Tarix: 24-05-2017, 16:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma