Xəbər lenti

 İki lider Şimali Koreya rəhbəri Kim Çen Inın nüvə ambisiyalarını müzakirə ediblər
"Şimali Koreya sahillərində iki ədəd nüvə başlıqlı sualtı qayığımız var". Sputnik Azərbaycan "İndependent"-ə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp filippinli həmkarı Rodriqo Duterte ilə telefonda danışarkən deyib. İki lider Şimali Koreya rəhbəri Kim Çen Inın nüvə ambisiyalarını müzakirə ediblər. Çinin Şimali Koreya liderinin qarşısının alınmasında öz rolunu oynayacağından danışan Tramp Duterteyə deyib: "Bizim orada lazımi qədər qüvvəmiz var. İki ədəd çox güclü sualtı qayıqlarımız oradadır, çalışırıq ki, onlardan istifadə etməyək".





Ana səhifəyə qayıt        Baxış: 930          Tarix: 25-05-2017, 22:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma