Xəbər lenti

Əgər "Hizmət" hərəkatının lideri Fəthullah Gülən 3 ay ərzində ABŞ-ı tərk edib Türkiyəyə qayıtmasa, ölkə vətəndaşlığından çıxarılacaq.

Trend-in verdiyi məlumata görə, vətəndaşlıqdan çıxarıla biləcək şəxslərin siyahısında xaricdə yaşayan müxalif Xalqların Demokratik Partiyasından (HDP) olan deputatlar Faysal Sarıyıldız və Tuğba Hezer də var. Onlar PKK terror təşkilatı ilə əlaqədə ittiham olunurlar.

Ümumilikdə siyahıda PKK, 2016-cı il 15 iyulda dövlət çevrilişinə cəhddə təqsirləndirilən Gülən hərəkatı və İŞİD terror qruplaşması ilə əlaqədə ittiham olunan 130 Türkiyə vətəndaşının adı var.

 




Ana səhifəyə qayıt        Baxış: 830          Tarix: 5-06-2017, 13:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma