Xəbər lenti

 

Rusiyanın paytaxtı Moskva şəhəri yaxınlığındakı Kratovo qəsəbəsində atışma baş verib.

Bu barədə "RİA Novosti" məlumat yayıb.

Agentliyin Rusiya Daxili İşlər Nazirliyinin Baş İdarəsinin Moskva vilayəti üzrə mətbuat xidmətinin rəhbəri Tatyana Petrovaya istinadən verdiyi məlumata görə, insident zamanı 4 nəfər həlak olub.

Daxili İşlər Nazirliyinin Baş İdarəsinin Moskva vilayəti üzrə mətbuat xidmətindən bildirilib ki, Kratovo qəsəbəsinin sakini evindən ov tüfəngi ilə ətrafdan keçənlərə atəş açıb. Hüquq-mühafizə orqanlarındakı mənbə agentliyə bildirib ki, Rusiya Qvardiyasının əsgərləri və polis əməkdaşları evə hücum ediblər.

Agentliyin verdiyi digər məlumata görə, cinayətkar Rusiya Fövqəladə Hallar Nazirliyinin keçmiş əməkdaşı İroq Zenkovdur. Digər məlumata görə, atışma zamanı xüsusi təyinatlı polis dəstəsinin 1 əməkdaşı da yaralanıb. Cinayətkarın evinin tamamilə yandığı bildirilir.

Faktla bağlı cinayət məcəlləsinin bir neçə maddəsi, o cümlədən "iki və daha çox insanın ölümü", "hüquq-mühafizə orqanları əməkdaşlarının həyatına sui-qəsd maddə"ləri üzrə cinayət işi açılıb. /Enter.News/




Ana səhifəyə qayıt        Baxış: 1 021          Tarix: 11-06-2017, 00:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma