Xəbər lenti

İŞİD terror qruplaşmasının rəhbərlərinin çoxu Suriyanın Rakka, habelə  İraqın Mosul şəhərindən Əl-Məyadin şəhərinə qaçıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Associated Press" ABŞ və Suriyadakı mənbələrə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, terrorçuların rəhbərləri əsasən İraqla sərhəddə yerləşən Deyr-ez-Zor vilayətinin Əl-Məyadin şəhərində toplaşıblar.

İraqın Mosul şəhərinin azad edilməsi əməliyyatı 2016-cı ilin oktyabrından ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın dəstəyi ilə davam edir. İraq hərbçiləri əvvəlcə şəhərin şərq hissəsini azad ediblər, fevraldan isə qərb hissəsində əməliyyata başlayıblar.

Rakka 2013-cü ildən İŞİD-in nəzarəti altındadır. Şəhər terrorçuların qeyri-rəsmi paytaxtı hesab edilir.

 




Ana səhifəyə qayıt        Baxış: 844          Tarix: 16-06-2017, 11:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma