Xəbər lenti

BŞ prezidenti Donald Tramp ölkəsinin dünyada enerji liderliyini möhkəmləndirmək niyyətindədir.

APA-nın verdiyi xəbərə görə, bunu Ağ Evin rəsmi nümayəndəsi Şon Spayser bəyan edib.

Onun sözlərinə görə, Tramp daxili enerji resurslarından istifadə etməklə ABŞ-da yeni iş yerləri açmaq, ölkənin xaricində isə enerji liderliyini möhkəmləndirmək niyyətindədir.

“Bu həftə ərzində bununla bağlı mühüm açıqlamanın veriləcəyi gözlənilir”, deyə Ş.Spayser vurğulayıb. Enerji liderliyi deyəndə, nəyin nəzərdə tutulduğu barədə sualı cavablandıran Ş.Spayser bildirib ki, söhbət o cümlədən sıxılmış təbii qazın tədarükündən gedir. “Bu məsələnin həm iqtisadi, həm də siyasi aspekti mövcuddur”, Ş.Spayser qeyd edib.

 




Ana səhifəyə qayıt        Baxış: 935          Tarix: 27-06-2017, 13:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma