Xəbər lenti

 “Bu gün Bakıda keçirilən neft-qaz sərgisində enerji resurslarının hasilatı və nəqlinə Azərbaycanın verdiyi töhfə qeyd olunub”. 

 APA-nın məlumatına görə, bunu ABŞ dövlət katibinin enerji məsələləri üzrə köməkçisinin müavini Robin Danniqan Bakıda keçirilən Neft-qaz sərgisi çərçivəsində ABŞ və Böyük Britaniyanın Azərbaycandakı səfirlikləri tərəfindən təşkil edilən qəbul zamanı deyib.  

 "İnanırıq ki, hökumətlər və şirkətlər birlikdə çalışaraq Cənubi Qaz Dəhlizini (CQD) reallığa çevirəcəklər. Hesab edirik ki, CQD Azərbaycanda iqtisadi rifahı yüksəltməklə yanaşı Avropada enerji resurslarının şaxələndirilməsi və iqtisadiyyatın inkişafına təkan verəcək", - deyə o vurğulayıb. 




Ana səhifəyə qayıt        Baxış: 628          Tarix: 31-05-2017, 19:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma