Xəbər lenti

 Venesuelanın paytaxtı Karakas şəhəri üzərində uçan polis helikopterinin pilotu əhalini hökumətə qarşı çıxış etməyə çağırıb, daha sonra isə Ali Məhkəmənin binasına hücum edib.

 APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Venesuelanın rabitə və informasiya naziri  Ernesto Vilyeqas bildirib.

 “Bir nəfər respublikaya qarşı silah qaldırıb. O, helikopteri qaçıraraq Ali Məhkəmənin binasına hücum edib”, - deyə o qeyd edib.  

 Məlumatı Venesuela prezidenti Nikolas Maduro təsdiqləyib.  

 "Helikopterdə olanlardan biri ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi ilə təmasda olan sabiq DİN rəhbəri Rodriqes Torresin pilotu olub”, - deyə Maduro qeyd edib.    

 Onun sözlərinə görə, helikopterdən  məhkəmə binasına iki əl qumbarası atılıb. Onlardan biri yalnız biri partlayıb: “İnsident nəticəsində yüzlərlə insan yaralana bilərdi”.




Ana səhifəyə qayıt        Baxış: 711          Tarix: 28-06-2017, 08:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma