Xəbər lenti

Vaşinqton Rusiya diplomatlarına viza verməkdən imtina edir.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.

Rusiya diplomatları 2016-cı ilin dekabr ayında ABŞ-dan çıxarılan Rusiya səfirliyinin əməkdaşlarını əvəz etməlidir.

“Vaşinqton yalnız əməkdaşlarımızın qovulması haqqında qərarı qüvvədə saxlamır, həm də onları əvəz etmək üçün getməli olan diplomatlarımıza vizaları verməkdən imtina edir”, - Zaxarova vurğulayıb.

Qeyd edək ki, ABŞ-ın keçmiş prezidenti Barak Obama administrasiyası 2016-cı il dekabrın 29-da “seçkilərə müdaxilə” və “Amerika diplomatlarına təzyiqə” görə Rusiyaya qarşı tətbiq edilmiş yeni sanksiyalar paketi çərçivəsində 35 Rusiya diplomatını “arzuolunmaz şəxs” elan edib. Bundan başqa, Rusiyanın Merilend və Nyu-Yorkdakı diplomatik nümayəndəlikləri bağlanıb.




Ana səhifəyə qayıt        Baxış: 489          Tarix: 14-07-2017, 15:42      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent