Xəbər lenti

ABŞ Prezidenti Donald Tramp hökumətinin ballistik raket proqramı səbəbilə İrana qarşı yeni sanksiyalara cavab olaraq İran İnqilab Keşikçiləri komandiri Məhəmməd Əli Cəfəri açıqlama verib.

Publika.az xəbər verir ki, Cəfəri rəsmi Vaşinqtonun “yanlış hesablama”lardan qaçması lazım olduğunu söyləyib:

“ABŞ əgər İnqilab Keşikçiləri və İranın təhlükəsizliyinə istiqamətlənmiş sanksiyalar niyyətindədirsə, bölgədəki hərbi bazalarını 1000 km kənara daşımalıdır. Əks halda, bunun əvəzini ağır şəkildə ödəyəcək”.

Əlavə olaraq, Cəfəri İranın quruda, suda və havada raket qabiliyyətlərinin getdikcə böyüdüyünü, lakin bunun ölkənin tamamilə daxili mövzusu olduğunu qeyd edib.

İran ballistik raket proqramının müdafiə məqsədli olduğunu və bunun nüvə anlaşmasına heç bir təsiri olmadığını desə də, Vaşinqton raket sınaqlarının BMT-nin qərarlarına və 2015 razılaşmasına zidd olduğunu iddia edir.

ABŞ Müdafiə Nazirliyinin spikeri Adrian Rankine Cəfəriyə cavab olaraq bildirib ki, onun təhdidlərindən sonra ABŞ mövqeyini dəyişmək fikrində deyil.




Ana səhifəyə qayıt        Baxış: 957          Tarix: 20-07-2017, 14:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma