Xəbər lenti

 Bu gün “Normand dördlüyü” liderləri arasında telefon danışığı baş tutacaq.

 APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə,  Rusiya prezidenti Vladimir Putin, Almaniya kansleri Angela Merkel, Fransa dövlət başçısı Emmanuel Makron və Ukrayna prezidenti Pyotr PoroşenkoDonbasda münaqişənin nizamlanmasını müzakirə edəcəklər.

 İlin əvvəlindən “Normand dördlüyü” liderləri  4 dəfə Ukraynanın cənub-şərqindəki vəziyyəti müzakirə ediblər. Son telefon bağlantısı aprelin 17-ə təsadüf edib.

 Qeyd edək ki, Fransa prezidenti E.Makron müzakirələrdə ilk dəfə iştirak edəcək.

 “Normand dördlüyü” formatında danışıqlara 2014-cü ildə başlanılıb. Fransa, Almaniya, Rusiya və Ukrayna liderləri İkinci Dünya Müharibəsi zamanı müttəfiq qoşunlarının Normandiyaya çıxarılması əməliyyatının 70-ci ildönümünə həsr olunmuş tədbirdə ilk dəfə bir araya gələrək Donbasdakı böhranı müzakirə ediblər. 




Ana səhifəyə qayıt        Baxış: 775          Tarix: 24-07-2017, 05:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma