Xəbər lenti

Almaniyanın Hamburq şəhərində G20 (“Böyük iyirmilik”) sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putin, Almaniya kanslerim Angela Merkel və Fransa prezidenti Emmanuel Makronun üçtərəfli görüşü keçirilib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, görüş “Atlantik” mehmanxanasında işgüzar səhər yeməyi formatında keçirilir.

Görüşdə əsas diqqətin Ukranya böhranına ayrıldığı bildirilir Üç ölkə Ukrayna ilə birlikdə Donbas münaqişəsinin həllində vasitəçi olan “Normandiya formatı”nın üzvləridir.

Ölkələrin mövqelərində bu məsələ ilə bağlı ziddiyyətlər var. Xüsusilə, daha əvvəl Makron bildirib ki, Rusiya qonşu ölkəyə qarşı təcavüzkar siyasət yürüdür.

Ukrayna prezidenti Pyotr Poroşenko iyunun sonunda Parisdə Makronla görüşüb. “Makron düsturu”, yəni Donbas münaqişəsinin nizama salınması üzrə “yola xəritəsi” danışıqların nəticəsi olub.

Rusiyalı senator Aleksey Puşkov “Gazeta.ru” ilə söhbətində bildirib ki, “Makron düsturu” Kiyevin tərəfində olan qərb ittifaqının qurduğu oyunun ssenarisidir. O həmçinin “Makron düsturu”nda Kiyevlə “bərabər səviyyə”də münaqişə tərəfləri olan (Rusiya özünü münaqişə tərəfi hesab etmir –red.) “LXR” və “DXR”-in (Ukraynanın şərqində yaradılan separatçı rejimlər-red.) maraqlarının nəzərə alındığıdan şübhə etdiyini bildirib.

Makarkin isə hesab edir ki, Makronla Putinin görüşündən hansısa bir sıçrayış gözləmək lazım deyil. Ekspertin sözlərinə görə, “Makron düsturu”nun reallaşması “DXR”, “LXR” və Rusiya üçün qəbuledilməz ola bilər.

Almaniya kansleri Ukrayna prezidenti Pyotr Poroşenkoya söz verib ki, Kiyevin iştirakı olmadan Vladimir Putinlə görüş zamanı Ukrayna üzrə qərarlar qəbul edilməyəcək.

 




Ana səhifəyə qayıt        Baxış: 719          Tarix: 8-07-2017, 13:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma