Xəbər lenti
 
Kim Çen In Bəşər Əsədə və “dost Suriya hökumətinə” ölkənin müstəqilliyinin müdafiəsi yolunda dəstək olmağa söz verib.
Ovqat.com life.ru-ya istinadla xəbər verir ki, Koreya Xalq Demokratik Respublikasının sədri Kim Çen In Suriyanın müstəqilliyinin 71-ci ildönümü  münasibətilə Suriya prezidenti Bəşər Əsədi təbrik edib.  Kim Çen öz kolleqasına bu münasibətlə teleqram göndərib.
O,  Əsəd və Suriya xalqı ilə həmrəy olduğunu bildirib. Onlara düşmənlərə qarşı mübarizə aparmaqda dəstək olacağını qeyd edib.
Koreya Xalq Demokratik Respublikasının lideri ABŞ-ı Homsda yerləşən Şayrat aviabazasını bombalamaqda ittiham edib və bu  hücumu “təcavüzün sırtıq faktı və hərbi cinayət” adlandırıb.
Xatırladaq ki, aprelin 7-də ABŞ Şayrat aviabazasına 59 qanadlı raket buraxıb. ABŞ bu addımını Suriyada Bəşər Əsədin dinc sakinlərə qarşı kimyəvi silahdan istifadə etməyinə cavab olaraq atdığını qeyd edib.



Ana səhifəyə qayıt        Baxış: 754          Tarix: 17-04-2017, 16:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma