Xəbər lenti

 

Almaniya Türkiyə ilə Avropa Birliyi arasında mövcud gömrük razılaşmasının yenilənməsi üçün əlavə səy göstərməyəcək

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Türkiyə-Almaniya münasibətlərindəki böharandan danışan baş nazir Angela Merkel deyib.

Qeyd edək ki, bir müddət əvvəl Almaniyanın İqtisadiyyat Nazirliyinin sözçüsü Katerina Dubel iki ölkə arasında yaşanan krizisə toxunaraq "müəyyən tədbirlər görülməsinə hazırlıq getdiyini" bildirib. Türkiyə AB ilə gömrük razılaşmasının yenilənməsində maraqlıdır. Razılaşma Türkiyənin xarici ticarəti üçün yeni imkanlar açır.
Avropa Parlamenti Türkiynin AB-yə üzvlüyü məsələsi ilə bağlı 2005-ci ildə başlatdığı prosesi ötən ilin noyabrında təxirə salıb.



Ana səhifəyə qayıt        Baxış: 758          Tarix: 16-08-2017, 19:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma