Xəbər lenti

Polşa Fransaya NOTA verdi: iki ölkə arasında gərginlik artır

Rəsmi Varşava Fransa Prezidenti Emmanuel Makronun Polşa ilə bağlı açıqlamasına cavab verib.

Publika.az xəbər verir ki, Polşa Xarici İşlər Nazirliyi Fransaya nota göndərib.

Nazirlik Fransanın Varşavadakı səfirliyinin məsləhətçisini görüşə çağırıb. Polşa prezidentinin sözçüsü Marek Megierovski məsləhətçiyə prezident E.Makronun kinayəli sözləri səbəbilə Polşa hökumətinin narahatlığı və məmnuniyyətsizliyini çatdırıb.

Qeyd edək ki, Emmanuel Makron Bolqarıstana ziyarəti çərçivəsində Varşava hökumətinin Avropadan uzaqlaşdığını kinayəli bir şəkildə açıqlamışdı. Polşanın baş naziri Bita Sizidlo isə buna cavab olaraq Makronun kinayəli açıqlamalarını siyasətdəki təcrübəsizliyi kimi dəyərləndirmişdi:

“Makronun kinayəli sözləri onun siyasət sahəsində təcrübəsiz olduğunu ortaya qoydu. Hörmətli prezidentə diqqətini öz ölkəsinə yönəltməyi tövsiyə edirəm. Bəlkə o zaman Polşanın vətəndaşlarına təqdim etdiyi iqtisadi və təhlükəsizlik səviyyəsini o da öz vətəndaşlarına təqdim edə bilər”




Ana səhifəyə qayıt        Baxış: 476          Tarix: 26-08-2017, 12:29      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent