Xəbər lenti

Fransa parlamentinin Milli Assambleyasına (Aşağı palata) keçirilən deputat seçkilərinin II turunun yekununa görə, ölkə prezidenti Emmanuel Makronun "İrəli, Respublika" hərəkatı Aşağı palatadakı 577 yerdən 308-ni qazanıb.

"Report"un Fransa bürosu xəbər verir ki, indi Fransa prezidentinin hərəkatı yığıncaqda səs üstünlüyünə malik olacaq.

Yerdə qalan mandatlardan 133-nü "respublikaçılar" qazanıblar. Marin Le Penin "Milli Cəbhəsi" 8 mandata sahib olub.

***04:18


Fransa prezidenti Emmanuel Makronun tərəfdarları ölkə parlamentinin Milli Assambleyasına (Aşağı palata) keçirilən seçkilərin II turunun yekununa görə mütləq əksəriyyət əldə ediblər.

"Report"un Fransa bürosu xəbər verir ki, əksər seçki dairələrində Milli Assambleyaya deputat seçkilərinin nəticələri məlumdur.

Onların 293-də Makronun "İrəli, Respublika" hərəkatının üzvləri inamlı qələbə qazanıb. Beləliklə, Makronun tərəfdarları Aşağı palatada mütləq əksəriyyət üçün lazım olan 289 mandatı əldə edərək bu üstünlüyə yiyələniblər.

Millii Assambleyada "Demokratik hərəkat"dan olan namizədlər 40, "Respublikaçılar" 110, Sosialist partiyası 28, sağmərkəzçi "Müstəqil və demokratlar ittifaqı" 17, "Fəth olunmamış Fransa" 16, Fransa Kommunist Partiyası 10, "Milli Cəbhə" isə 8 mandat əldə edib.

***22:38/18 iyun


Fransada parlament seçkilərinin II turunda prezident Emmanuel Makronun "İrəli, respublika" partiyası liderlik edir.

"Report"un Fransa bürosu xəbər verir ki, ilkin nəticələrə görə, “İrəli, Respublika” hərəkatı Milli Assambleyadakı 577 yerdən 355-ni qazanıb.

Seçki bülletenlərinin 56,76%-nin (11,8 milyon) hesablanmasından sonra, ölkə üzrə seçicilərin ümumilikdə 41,25%-i "İrəli, respublika"dan olan namizədlərə səs verib. Onun ardınca 22,59% ilə sağmərkəzçi "Respublkaçılar" partiyası, Marin Le Penin sağçı "Milli Cəbhə" partiyası (9,93%), solmərkəzçi "Sosialist partiyası" (6,24%) və Jan-Lük Melanşonun solçu "Fəth olunmamış Fransa" partiyası (2,89%) qərarlaşıb.

Makronun hərəkatının "Modem" partiyasından ("Demokratik hərəkat") olan müttəfiqləri səslərin 5,90% toplayır.

 




Ana səhifəyə qayıt        Baxış: 1 000          Tarix: 19-06-2017, 12:02      

Xəbəri paylaş


Paylaş:   

Prizma