Xəbər lenti

May-ın 7-si Fransada keçiriləcək ikinci tur prezident seçkilərində iki nazmizəd - "İrəli" hərəkatının təsisçisi Emmanuel Makron və sağçı Milli Cəbhə Partiyasının lideri Mari Le Pen mübarizə aparacaq.

Ovqat.com xəbər verir ki, Mövzu ilə bağlı Metbuat.az-a açıqlama verən siyasi ekspert Arzu Nağıyev seçkilərdə Makronun qələbə çalma ehtimalının daha çox olduğunu bildirib:

“Makronun dəstəkçiləri iqtidarda olan, eyni zamanda demokratiyanı dəstəkləyən qüvvələr, Le Penin isə millətçilərdir. Millətçilərin həm immiqrant kütləsinə, həm də digər məsələlərə qarşı olan prinsipial mövqeləri onları ruhlandırır. Le Pen seçkiöncəsi vədlərində deyirdi ki, Fransadan çıxma ehtimalı var. O, atasının 16-il öncəki siyasi karyerasını təkrarlamağa başlayıb. Məhz buna görə də, Le Penin qələbə çalması inandırıcı deyil. Lakin bu da ehtimaldır. Le Pen çıxışlarında maliyyələşmə məsələsində bir sıra qurumlara söykəndiyini göstərdi. Eyni zamanda, Makronun da çıxışlarında populist addımlar var. O, hətta Dağlıq Qarabağ münaqişəsini həll edəcək mövqeyi ilə çıxış edir. İkinci turda Makronun qələbə çalma ehtimalı daha çoxdur. Bu siyasətdir. Ona görə, hər şey ola bilər”.

Xəyalə Məmmədova

  




Ana səhifəyə qayıt        Baxış: 1 005          Tarix: 29-04-2017, 14:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma